AZ

Markus Raşford sərt tənqid olundu: “20 aydır futbola marağını itirib”

“Mançester Yunayted”in ingilis cinah hücumçusu Markus Raşford ABŞ-a uçaraq, NBA basketbol oyununu izlədiyi üçün tənqid edilib.

Arena.az məlumat verir ki, Raşford NBA çərçivəsində “Nyu-York Niks” – “Bruklin Nets” komandalarının oyununu (124:122) izləyib.

Raşford “Madison Square Garden” zalında ən bahalı oturacaqlardan birində əyləşib. Oyundan sonra Raşforda amerikan basketbol ulduzunun şəxsən “Mançester Yunayted”in oyunçusu üçün imzaladığı, “Bruklin Niksin” müdafiəçisi Ceylen Bransonun oyun geyim dəsti hədiyyə edilib. Amma “qırmızı şeytanlar”ın bəzi azarkeşləri Raşfordu bu səfərə görə sərt tənqid ediblər:

“Doğrusu, mən düşünürəm ki, bu adam son 20 ayda futbola olan marağını itirib. “Mançester Yunayted”in yeni məşqçisi var və hamı onu heyran etmək istəyir, amma siz həftədə 450 min dollar məbləğində para qazanırsınız və məşqlərdə çalışmaq əvəzinə isə yalnız basketbol oyununa baxmaq üçün Nyu-Yorka uçursunuz?!” – “X” sosial şəbəkəsində 119 mindən çox abunəçisi olan Utd_Forever7 ləqəbli şəxs yazıb.

Daha əvvəl bildirilmişdi ki, Markus Raşford klubdan ayrılmaq istəyir və bu səbəbdən artıq, agentindən karyerasını davam etdirmək üçün yeni seçimlər tapmalarını xahiş edib.

Markus Raşford “Mançester Yunayted”in yetirməsidir. İngilis futbolçu 2016-cı ilin yanvarından “qırmızı şeytanlar”ın əsas komandasında çıxış edir. Raşfordun “Mançester Yunayted”lə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Raşford cari mövsümdə “qırmızı şeytanlar” üçün 18 oyun keçirib, 4 qol və 3 məhsudlar ötürmə ilə fərqlənib. Markusun “Mançester Yunayted”in heyətində çıxışının ümumi mənzərəsi isə 420 oyun, 135 qol və 72 məhsuldar ötürmədən ibarətdir.

Markus Raşford 2016-cı ilin may ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 60 oyuna çıxıb, 17 qol vurub və 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 27 yaşlı ingilis sol cinah hücumçusunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
11
arena.az

1Mənbələr