AZ

Komanda yoldaşına irqçilik etdi, 100 min funt-sterlinq və 7 oyunluq cəzalandırıldı

İngiltərənin "Tottenhem" klubunun futbolçusu Rodriqo Bentankur televiziyaya verdiyi müsahibədə komanda yoldaşı Son Xın Min haqqında söylədiyi irqçi ifadəyə görə cəzalandırılıb.

"Unikal" İngiltərə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, o, Premyer Liqanın 7 oyununda meydana çıxa bilməyəcək. Yarımmüdafiəçi, həmçinin 100 min funt-sterlinq məbləğində cərimələnib.

28 yaşlı argentinalı oyunçu müsahibəsində Son və onun qohumlarının bir-birinə bənzədiyini söyləmişdi.

Seçilən
30
50
unikal.az

10Mənbələr