AZ

Tomasson Azərbaycanla oyun haqda

style='margin-bottom:10px;'>

"Bir neçə futbolçumuz var ki, zədəlidir. Həkimlərlə danışdıqdan sonra start heyəti ilə bağlı yekun qərarı verəcəm".

QOL.az xəbər verir ki, bu sözləri İsveç millisinin baş məşqçisi Yon Dal Tomasson UEFA Millətlər Liqasının 6-cı turunda sabah Azərbaycan millisi ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

Danimarkalı mütəxəssis sabahlı matçda qələbənin onlar üçün vacib olduğunu bildirib: "Şənbə günü Slovakiya ilə matçda futbolçularım hər şeyi etdilər. Meydanda hər şeyi edəndə problemlər yarana bilər. Amma əminəm ki, onlar sağalmağa vaxt tapmaları üçün çalışırlar. Bir oyunumuz qalıb və Azərbaycanla görüşdə qalib gəlmək istəyirik. C divizionunda dünya çempionatının seçmə mərhələsinin pley-off mərhələsinə vəsiqə qazanmaq üçün ən yaxşılar sırasında olmaq niyyətimiz var"

Qeyd edək ki, sabah keçiriləcək İsveç - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Seçilən
17
2
teleqraf.com

3Mənbələr