AZ

Attila Ştayner: NCQG üzrə real nəticəyə nail olmalıyıq

COP29 ölkələrin ötən il Dubayda əldə edilmiş razılaşmalara uyğun olaraq enerji keçidini sürətləndirmək əzmini təsdiqləməlidir.

“Report” xəbər verir ki, bunu Macarıstanın Energetika Nazirliyinin enerji və iqlim məsələləri üzrə dövlət katibi Attila Ştayner COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, qeyd olunan enerji keçidi mümkündür: "Avropa İttifaqı nümunəsi də göstərir ki, birliyimizdə iqtisadiyyat daim artır. Lakin biz emissiyaları əhəmiyyətli dərəcədə azalda bildik. Bu keçid də vacibdir. İqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfinə (NCQG) gəlincə, COP29-un ikinci həftəsi ərzində işimizin tempini artırmalıyıq. Düşünürəm ki, nazirlərin iştirakı həm iddialı, həm də eyni zamanda real nəticəyə nail olmaq üçün vacib olacaq”.

A.Ştayner qeyd edib ki, Paris Sazişinin 6-cı Maddəsi üzrə danışıqların başa çatmasına bir çoxları ümid bəsləyir: "Bu, həmçinin ekoloji və sosial bütövlüyü təmin etməklə yanaşı, bazar mexanizmləri əsasında lazımi resursları səfərbər etməyə imkan verəcək. Bakıda göstəricilər üzərində işi davam etdirməyə də hazırıq.

Beləliklə, ümumilikdə biz iqlim dəyişikliyi ilə mübarizəyə sadiqik. Dünyanın bizdən gözlədiyi uğurlu nəticəyə nail olmaq üçün bütün tərəflərlə əməkdaşlığa hazırıq. Biz buna nail olmaq üçün Bakıdayıq".

Seçilən
33
1
report.az

2Mənbələr