AZ

Yaşıl bacarıqlar yaşıl iqtisadiyyata keçidi dəstəkləyəcək - Mary Creagh

Bakı. Trend:

Biz bilirik ki, yaşıl bacarıqlar yaşıl iqtisadiyyata keçididəstəkləyəcək və qanuni olaraq məcburi olan Ətraf Mühit Aktıhədəflərimizi ölkə daxilində həyata keçirməyə kömək edəcək.

Trendxəbər verir ki, bu barədə Böyük Britaniya Parlament dövlətkatibinin müavini (təbiət naziri) Mary Creagh “Yaşıl iş vəbacarıqlara dair yüksək səviyyəli üçtərəfli dəyirmi masa”da çıxışızamanı deyib.

O qeyd edib ki, Böyük Britaniyada iqtisadi keçiddən təxminən 6,3milyon iş yerinin təsirlənəcəyini gözləyirik.

“Beləliklə, bu qlobal bir məsələdir və hər kəsin uğur qazanmasıüçün beynəlxalq əməkdaşlığa ehtiyacımız var. Biz milli və regionalbacarıq ehtiyaclarını səlahiyyətli qiymətləndirmək üçün tamamiləyeni bir təşkilat olan Skills England qururuq.

O, bu ehtiyaclara uyğun gələn hərtərəfli təlim dəstəyini təminedəcək. Həmçinin öyrənənlər və işəgötürənlər üçün daha çox çevikliktəmin edəcək”,- deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
13
az.trend.az

1Mənbələr