AZ

Azərbaycanda yığılan avtomobillərin sayı 87% artıb

Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2024-сü ilin yanvar-oktyabr aylarında 643,7 milyon manatlıq məhsul istehsal edilib.

Avtosfer.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 58,4 faiz artmış, maşın və avadanlıqların istehsalı 43,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 52,8 faiz azalıb.

2024-сü ilin yanvar-oktyabr aylarında 4433 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2057 ədəd çox minik avtomobili istehsal olunub (87% artım). Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 14,7 faiz azalıb.

Seçilən
19
7
avtosfer.az

8Mənbələr