AZ

Pula qənaət üçün az yeyən, həyat yoldaşı ilə iki il yarım məktublaşan Kamal Sunal – Onun ƏN BÖYÜK ARZUSU nə idi?

Bu gün mərhum komediya ustası, aktyor Kamal Sunalın doğum günüdür. Onun 80 yaşı tamam olur.

Kulis.az sənətçinin həyatı haqqında məlumatları təqdim edir.

“Balalayka” filminin çəkilişləri üçün Trabzona gedəndə təyyarədə infarkt keçirərək 55 yaşında dünyasını dəyişən komediya ustası Kamal Sunal, əslində, noyabrın 10-u anadan olub. Amma doğulduğu gün Atatürkün ölüm gününə təsadüf etdiyinə görə, doğum gününü kədərli, hüznlü bir gündə yox, Atatürkə hörmət əlaməti olaraq, noyabrın 11-i qeyd edib.

Əgər təyyarədə infarkt keçirməsəydi, “Balalayka” onun çəkiləcəyi 83-cü filmi olacaqdı.

1944-cü ildə İstanbulda anadan olub. Memar Sinan ibtidai məktəbi və Vəfa liseyini bitirən sənətçi orta məktəbi 11 ilə bitirib. Məktəblə arası o qədər yaxşı olmayıb. Mərmərə Universitetinin Jurnalistika fakültəsinə daxil olsa da, təhsilini yarımçıq qoyub.

Universitet illərində və sonrasında Emayetaş fabrikində çalışan sənətçi teatr və kino dünyasına addım atmazdan əvvəl elektrik ustasının şagirdi olub.

Sənətçi müsahibəsində kiçik yaşlarında iş həyatına girməsini bu sözlərlə izah edib: “İqtisadi vəziyyətimiz yaxşı deyildi. Atam Migrosdan təqaüdçüdür. Yay tətilində ayaqqabı və kitab pulu yığmaq üçün işləyirdim”.

GeZOBvobjEe8JVYDQRzkfw

Orta məktəb illərində teatra maraq göstərən Kamal Sunal məktəbdə tamaşalar təşkil edirdi.

Məşhur teatr aktyoru Müşfik Kenterlə Vefa Liseyində fəlsəfə müəllimi Belkıs Balkır vasitəsilə tanış olan sənətçi peşəkar aktyorluq həyatına Kenterler Teatrında başlayıb və uzun illər orada səhnəyə çıxıb.

Daha sonra Ülvi Uraz Teatrında, bir müddət Ayfer Feray Teatrında, nəhayət, Devekuşu Kabare Teatrında çalışan sənətçi orada oynadığı tamaşalarla məşhur rejissor Ertem Eğilmezin heyranlığına səbəb olub, bu yolla böyük ekrana yolu açılıb.

Sunal aktyorluğa başlama hekayəsini belə danışır: “Bilmirəm necə oldu, özümü əsl səhnədə tamaşaçıların qarşısında tapdım. “Səs” teatrında ilk rolum çox qısa idi. Səhnədə cəmisi üç dəqiqə qaldım, ya yox. Səhnənin bir ucundan girib, o biri ucundan çıxırdım. Nə etdimsə, bilmirəm, tamaşaçı uğunub getmişdi”.

Eğilmezin rejissorluğu ilə çəkilmiş “Tatlı dillim” filmində uzun boylu olduğuna görə basketbolçu obrazını canlandıran sənətçi kinoya ilk addımını 1973-cü ildə atıb və böyük heyətlə çəkilən filmlərdə rol almağa davam edib.

ch4G29bLKUisbn22HvqM

“Tatlı dillim” filminin obrazlarına bir-bir söz yazılırmış. Kamal Sunala növbə çatanda söz qurtarır. Rejissor Ertem Eğilmez deyir ki, “O zaman sən də gül”. Kamal Sunal məhz o gülüşləri ilə ikonik aktyora çevrilmişdi.

Özünəməxsus bədən quruluşu və bir çox filmlərdə canlandırdığı obrazları, xüsusən də, Rıfat İlgazın “Hababam sinfi” adlı əsərinə uyğunlaşdırılmış filmdə canlandırdığı “İnək Şaban” obrazı ilə qısa zamanda Türkiyənin ən sevilən aktyorlarından birinə çevrilib.

zwCvmtXAFk6KHzSAnIW5gg

“İnək Şaban” məşhurlaşdıqca bir çox filmlərdə “Yaxşı, saf insan” obrazını canlandıraraq “Şaban” obrazını davam etdirib.

Şəxsi həyatında isə çox sakit, ciddi və soyuq adam olub.

Məşhur olsa da, o, çox pul xərcləməyi sevməzmiş. Gələcəyə pul yığarmış. Kadir İnanır onun haqqında belə deyirdi: “Qənaət etmək üçün yeməyi də az yeyərdi”.

kE5

Həyat yoldaşı Gül Sunalla Ankarada tamaşaçılarla görüşə gedən zaman tanış olub. Ön sıralarda onu izləməyə gələn qadını daha sonra dostları ilə görüşdə görüb, tanış olub. Beləcə, növbəti görüş üçün vədələşiblər. İlk dəfə görüşə gedəndə çox utancaq imiş. Hətta görüşə getmək istəmirmiş. Münir Özkul ve Zeki Alasyanın israrı ilə gec də olsa, görüşə gedib. İki il yarım məktublaşıblar. 1974-cü ildə gerçəkləşən evliliklərindən Əli və Ezo adlı iki övladı dünyaya gəlib.

“Hababam sinfi sinifdə qaldı” filminin finalında Mahmut Hoca və Semra Hoca şagirdlərin valideynlərinə zəng edir. Bir çox aktyorların öz valideynləri səhnədə çıxış edir. Həmin adlardan biri də Kamal Sunalın atası Mustafa Sunaldır.

617641fb45d2a0a1041c0f6e

90-cı illərdə kanalların çoxalması ilə reytinq yarışı başladı. Kemal Sunal bu dövrdə seriallarda da rol alıb, lakin onun serialları populyar olmayıb. Çəkildiyi “Bay Kamber” adlı serialının yayımlandığı vaxtda köhnə filmləri yayımlanırdı və daha çox izlənirdi. Özü özünə rəqib olmuşdu.

mre5D4DLBkeWleuXYazHUA

“Çöpçüler kralı” filmi çəkilirmiş. Baş rolları Şener Şen və Kamal Sunal bölüşür. Kamal rola girmək üçün hətta filmin çəkilişləri zamanı evdə kostyum geyinirmiş.

Heç vaxt bunu biruzə verməsə də, bu barədə danışmasa da, onun siyasi baxışı solçu olub. Heç bir film dərnəyinə də üzv olmayıb.

İbrahim Tatlısəsi dinləməyi çox sevərmiş. “Şarkı bülbülü” filmində, bir növ, elə İbrahim Tatlısəsi canlandırmışdı.

Çiy köftə yeməyi və hazırlamağı sevərmiş. Hətta həyat yoldaşını qıcıqlandırmaq üçün köftələri tavana da atarmış.

Sənətçinin rol aldığı “Süt Kardeşler”, “Tosun Paşa”, “Salako”, “Köyden şehire”, “Çöpçüler kralı” kimi filmləri çəkildiyi andan etibarən televiziyalarda fasiləsiz yayımlanmağa başlayıb. 1990-cı illər türk kinosunun ən çox baxılan filmləri sırasına daxil olub.

3 iyul 2000-ci ildə 55 yaşında dünyasını dəyişən sənətçi izdihamla torpağa tapşırılıb.

Seçilən
15
2
millitv.net

3Mənbələr