Bakı. Trend:
Bu gün COP29 çərçivəsində iqlim dayanıqlığının təmin olunmasıüçün Bakı prinsipləri təsdiq edildi.
Trend xəbər verir ki, bubarədə COP29 fəaliyyət gündəliyinin qlobal təşəbbüslər qrupununhəmsədri Elmar Məmmədov "Bacarıqlara sərmayə — iqlim sahəsindəəhəmiyyətli öhdəlik" mövzusunda keçirilən panel müzakirədəbildirib.
"Bu gün İnsan Potensialının İnkişafı Günü çərçivəsindətədbirlərin əsasını təşkil edəcək iki əsas təşəbbüsü təqdim etdik.Bu təşəbbüslər UNESCO, ÜST, BƏT və digər BMT agentlikləri, eləcə dəüç çoxtərəfli inkişaf bankı — Asiya İnkişaf Bankı, İslam İnkişafBankı və üç fond — Qlobal Fond, Yaşıl İqlim Fondu və AdaptasiyaFondu tərəfindən dəstəklənir. Bununla yanaşı, iqlimdəyişikliklərinə dayanıqlılığı gücləndirmək üçün İnsanPotensialının İnkişafı üzrə Bakı Təşəbbüsü ilə bağlı birgə bəyanatqəbul etdik. Eyni zamanda, iqlim dayanıqlığının təmin olunması üçünBakı İnsan Potensialının İnkişafı üzrə rəhbər prinsipləri təsdiqedildi", — deyə E.Məmmədov vurğulayıb.
Onun sözlərinə görə, təşəbbüslərin və fəaliyyət planınınhazırlanması prosesində hərtərəfli məsləhətləşmələr aparılıb.
"Bu prosesi mümkün qədər inklüziv və şəffaf etmək məqsədinigüdmüşük. Bu məsləhətləşmələr çərçivəsində biz yalnıziştirakçılarla deyil, vətəndaş cəmiyyətinin nümayəndələri, analitikmərkəzlər, çoxtərəfli inkişaf bankları, beynəlxalq təşkilatlar vədigər əsas iştirakçılarla da əməkdaşlıq etdik", — deyə o əlavəedib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.