AZ

Finlandiyada Almaniya ilə dənizaltı rabitə kabelinin qırıldığını bildiriblər



Finlandiya və Almaniyanı birləşdirən sualtı rabitə kabeli nasazdır. O, bir neçə yüz metr məsafədə Rusiyanın “Şimal axını” qaz kəmərinin yanından keçir. "İlta-Sanomat" xəbər verir ki, bu, birbaşa Mərkəzi Avropaya gedən yeganə Finlandiya dəniz kabelidir.Finlandiyanın Santahamin şəhərindən Almaniyanın Rostok şəhərinə qədər uzanan C-Lion1-də yaranan kəsintilər qeyri-sabit rabitə əlaqəsi ilə nəticələnib. 1200 kilometrlik kabel 2016-cı ildə istifadəyə verilib və dövlətə məxsus olan Cinia fiber optik şirkətinin şəbəkəsinə daxildir.

Şirkətdən verilən məlumata görə, kabel qırılıb və hazırda insidentlə bağlı araşdırma aparılır. Təmir 5 ilə 15 gün çəkə bilər.

aia.az
Tərcümə şöbəsi



Seçilən
25
aia.az

1Mənbələr