AZ

Çin ABŞ-a yenidən mesaj yollayıb

Çin

Perunun paytaxtı Limada keçirilən Asiya Sakit Okean Əməkdaşlıq Təşkilatının (APEC) Sammiti çərçivəsində Çin lideri Si Cinpin və ABŞ prezidenti Co Bayden arasında keçirilən görüşün təfərrüatları ortaya çıxıb.

Reyting.az
xəbər verir ki, detalları Çin Xarici İşlər Nazirliyi açıqlayıb.

Si Cinpin Tayvan məsələsi, demokratiya və insan haqları, Çinin yolu, sistemi və inkişaf haqqının qərmızı xətt olduğunu qeyd edib.

Görüş zamanı Tayvan boğazında sülh və sabitliyin Tayvanın müstəqilliyinə yönəlmiş separatçı fəaliyyətlərlə uzlaşa bilməyəcəyini vurğulayan Çin lideri bildirib ki, əgər ABŞ tərəfi Tayvan boğazında sülh və sabitliyin qorunmasında səmimidirsə, Tayvanın müstəqilliyini istəyən hakimiyyətlərinin əsl üzünü aydın görməlidirlər.

Si Cinpin dünyanın iki böyük iqtisadiyyatına malik ölkələr arasında iqtisadi və ticari əlaqələrə də münasibət bildirib.

Çin lideri hər bir ölkənin öz milli təhlükəsizliyini təmin etmək hüququna malik olduğunu, lakin milli təhlükəsizlik konsepsiyasının sərhədlərinin həddindən artıq genişləndirilməməsinin vacibliyini vurğulayıb.

Si Cinpin qeyd edib ki, bəşəriyyət qarışıqlıq içində olan bir dünyada artan münaqişələr və bir çox görünməmiş problemlərlə üzləşir. Onun sözlərinə görə, belə bir mühitdə böyük güc rəqabəti dövrün əsas məntiqi olmamalıdır, çünki yalnız əməkdaşlıq və həmrəylik bəşəriyyətin çətinliklərin öhdəsindən gəlməsinə kömək edəcək.

İqtisadi əlaqələrin qırılmasının və tədarük zəncirinin pozulmasının həll yolu olmadığına, ortaq inkişafın yalnız qarşılıqlı faydalı əməkdaşlıqla əldə olunacağına diqqət çəkən Çin lideri deyib ki, bəşəriyyətin rifahı yalnız açıqlıq və paylaşma ilə inkişaf edə bilər.

Çinin digər sahilyanı ölkələrlə suverenlik mübahisələrinin predmeti olan Cənubi Çin dənizində suverenlik və dəniz hüquqlarına sahib olduğunu müdafiə edərək, bölgədəki dövlətlər arasında mübahisələri idarə etməyin ən yaxşı yolunun dialoq və məsləhətləşmə olduğuna diqqət çəkib.

Çin lideri Pekinin Ukrayna məsələsində mövqeyinin və hərəkətlərinin həmişə açıq və ədalətli olduğunu, sülh danışıqlarını təşviq etmək üçün vasitəçilik etdiyini, gərginliyi azaltmaq və sülhə nail olmaq üçün hər cür səy göstərdiyini bildirib.

ELÇİN
Seçilən
22
reyting.az

1Mənbələr