AZ

Günorta 15 dəqiqə yatmağın insana inanılmaz faydası sübut olundu

Berlin Endokrinologiya Klinikasının alimləri müəyyən ediblər ki, günorta yeməyindən sonra 15-20 dəqiqəlik yuxu qan şəkərini sadəcə passiv istirahətdən daha yaxşı azaldır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə tədqiqatın nəticələri "Nature" jurnalında dərc olunub.

İsveçrə Yuxu İnstitutu mütəxəssisləri ilə birgə aparılan araşdırmada ikinci tip diabet xəstəsi olan 1200 nəfər iştirak edib. Eksperiment çərçivəsində könüllülər iki qrupa bölünüb. Birinci qrupa günorta yeməyindən sonra uzanaraq və ya oturaraq 15-20 dəqiqə istirahət etmək tapşırılıb, ikinci qrupa isə yatmağa çalışmaq məsləhət görülüb.

Araşdırmanın əvvəlində və sonunda hər bir xəstədən qan nümunələri götürülüb və qlükoza səviyyəsi qiymətləndirilib. Məlum olub ki, qısa müddətli yuxu (15-20 dəqiqə) qan şəkərinin konsentrasiyasını adi istirahətdən 25-30% daha effektiv şəkildə azaldıb.

Alimlər güman edirlər ki, günorta yuxusu bədənin bərpa proseslərini aktivləşdirir və insulin ifrazını normallaşdırır. Onlar həmçinin qeyd ediblər ki, uzun müddət yatmaq əks təsirə - qan şəkərinin artmasına səbəb ola bilər.BAKU.WS

Seçilən
14
5
bakivaxti.az

10Mənbələr