AZ

Rutte Rusiyanı raketlər və PUA-larla NATO hava məkanını pozmaqda ittiham edib

NATO Rusiya tərəfindən alyans ölkələrinin hava məkanını pozduğu iddiası ilə bağlı hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi üzərində işləyir.

Bu barədə NATO-nun baş katibi Mark Rutte Rumıniyanın baş naziri Marsel Çiolaku ilə görüşdən sonra mətbuat konfransında bildirib.

Baş katib “Rusiya pilotsuz təyyarələri və raketləri tərəfindən NATO hava məkanını pozduğunu” qeyd edərək, bunun “ehtiyatsız, təhlükəli və qəbuledilməz” olduğunu bildirib. Lakin baş katib bu cür hadisələrə dair sübut təqdim etməyib.

Rumıniyanın hava məkanının təhlükəsiz saxlanılması alyans ölkələrinin birgə işində müzakirə olunan mövzulardan birinə çevrilib.

Seçilən
34
aznews.az

1Mənbələr