AZ

Astarada balıq tutan 47 yaşlı kişini cərəyan vuraraq öldürüb - FOTO

Astara sakinini elektrik cərəyanı vurub.

Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə günorta saatlarında Astara rayonunun Kijəbə kəndi ərazisində baş verib. Kənd sakini 1977-ci il təvəllüdlü Maarif Akif oğlu Ramazanov Lovain su anbarında balıq tutan zaman atdığı qarmaq yüksək gərginlikli elektrik xəttinə toxunub. O, hadisə yerində ölüb.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Astarada

Seçilən
22
7
avtosfer.az

8Mənbələr