AZ

Nigar Məmmədova: "Yaşıl iqtisadiyyat"a ədalətli keçid inklüzivlik tələb edir”

"Yaşıl iqtisadiyyat"a ədalətli keçid inklüzivlik tələb edir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən “Yaşıl iş və bacarıqlar” mövzusunda yüksək səviyyəli dəyirmi masada bildirib.

Onun sözlərinə görə, "yaşıl iqtisadiyyat"a ədalətli keçid üçün bacarıq və iqlim gündəlikləri üzrə yürüdülən siyasətlərin uzlaşdırılmasının tədricən baş verən proses olduğunu qəbul etmək vacibdir: “Yaşıl texnologiyalar və əmək bazarığının dinamikası inkişaf etdikcə, bu istiqamətdə yürüdülən siyasətlər dinamik şəkildə diqqətlə hazırlanmalı və uyğunlaşdırılmalıdır. Bu, hökumət, biznes və vətəndaş cəmiyyəti arasında davamlı əməkdaşlıq, həmçinin uzunmüddətli hədəflərə davamlı sadiqlik tələb edir”.

O bildirib ki, parlamentin bacarıq və iqlim gündəliklərinin uzlaşdırılmasındakı rolu ədalətli keçidə nail olunması məsələsində çox mühüm əhəmiyyət daşıyır: "İnklüziv və əlçatan yaşıl iş yerləri üçün qanunvericilik təmin edilməklə, hər kəsin yaşıl iqtisadiyyatdan faydalanmaq imkanına malik olmasını təmin edə bilərik. Bu istiqamətdə qətiyyətlə hərəkət etməli və hər kəs üçün davamlı, inklüziv və firavan gələcək yaratmaq üçün birlikdə çalışmalıyıq".

Seçilən
30
report.az

1Mənbələr