Rusiyanın Ufa şəhərində maraqlı hadisə baş verib.
News24.az xəbər verir ki, 66 yaşlı Ufa sakini 14 aydır su pulu verməkdən imtina edirdi. Müxtəlif bəhanələr gətirən sakinin "söz oyunu" 14 ay davam edir.
Su Təchizatı İdarəsinin nümayəndəsi 66 yaşlı sakininin suyunu kəsərək sayğacına blok qoyub.
Bundan sonra sakin yenidən icazəsiz şəkildə qanunsuz şəkildə evinə su çəkib. Bundan xəbər tutan nəzarətçilər sakinin evinə gələrək yenidən suyu kəsib və külli miqdarda cərimələyib.
Bir müddət sonra kişi cəriməni ödəyib, lakin evinə nə su verilir, nə də sayğac quraşdırılır. Su idarəsi bildirir ki, qanunla 14 ay işlətdiyi suyun borcunu ödəsin, daha sonra vətəndaş su və sayğacla təmin olunacaq.
Hazırda problem yaşayan sakinin evinə 4 aydan çoxdur ki, su verilmir.
Ağa Dadaşzadə