AZ

Nazir müavini "Təhsilin yaşıllaşdırılması və gələcəyin planlaşdırılması" mövzusunda tədbirə qatılıb

Noyabrın 18-də COP29 çərçivəsində "Təhsilin yaşıllaşdırılması və gələcəyin planlaşdırılması" mövzusunda tədbir keçirilib. 

ISESCO və Kembric Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli iştirak edib. 

Tədbirdə müxtəlif ölkələri təmsil edən spikerlər iqlim dəyişmələrinin təhsil sisteminə təsirlərindən, eləcə də təhsilin yaşıllaşdırılması mövzusunda ölkə təcrübələrindən danışıblar. 

Çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli təhsil sistemində qiymətləndirmənin əhəmiyyətindən danışıb. Bildirib ki, qiymətləndirmə qarşıya çıxan problemlərin kökünü müəyyən etmək və ona effektiv yanaşmaq üçün vacib bir vasitədir. 

Nazir müavini əlavə edib ki, Azərbaycanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ilə iqlim savadlılığının PISA qiymətləndirməsinə daxil edilməsi təşəbbüsü 2029-cu ildə həyata keçiriləcək. Bu təşəbbüs ölkələrin iqlim dəyişikliklərinə qarşı daha sistemli və koordinasiyalı tədbirlər görməsi üçün mühüm bir addım olacaq.

Tədbir çərçivəsində yaşıl təhsil sisteminə dair tövsiyələr də səsləndirilib.

 

Tədbir müzakirələrlə davam etdirilib.

Seçilən
25
1
qht.az

2Mənbələr