AZ

Dövlət Miqrasiya Xidmətinin rəisi: "Hazırda ən üstsəviyyəli olan tədbir COP29-da keçirilir"

"COP29-da iqlim dəyişikliyi, insan yerdəyişməsi və miqrasiyaya geniş yer verilməsi növbəti COP-larda bu istiqamətdə addımların daha da genişlənəcəyinə və istinad nöqtəsi kimi Azərbaycanın göstəriləcəyinə zəmin yaradır".
 
Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
 
Onun sözlərinə görə, Azərbaycanın insan yerdəyişməsi mövzusuna bu qədər diqqət göstərməsi ölkənin bu məsələlərə həssas yanaşmasının nəticəsidir:
 
"COP29 artıq ikinci həftədir Azərbaycanda davam edir. Bu gün yüksəksəviyyəli müzakirə paneli təşkil olunub. Müzakirənin mövzusu iqlim dəyişikliyinin insan yerdəyişməsi üçün yaratdığı çağırışlar, problemlər idi. COP29 tədbirindən əvvəl BMT Baş Assambleyası çərçivəsində də Nyu-York şəhərində yüksəksəviyyəli tədbirlər keçirilib. Hazırda isə ən üstsəviyyəli olan tədbir COP29-da keçirilir. Azərbaycanın insan yerdəyişməsi mövzusunda bu qədər diqqət göstərməsi ölkənin bu məsələlərə həssas yanaşmasının nəticəsidir".
 
Xidmət rəisi bildirib ki, su ehtiyatlarından səmərəli istifadə sahəsində müvafiq sərəncamlar, fəaliyyət planları imzalanıb və tətbiq edilir:
 
"İqlim dəyişikliyi dünyanın hər bir nöqtəsinə təsir edir. Əlbəttə ki, Azərbaycan da dünyanın bir hissəsi olaraq bu təsirlərdən yan keçmir. Bizim bugünkü tədbirin mövzusu daha çox iqlim dəyişmələri və məcburi insan yerdəyişmələridir. Təbii fəlakətlər, su ehtiyatlarının azalması da insan yerdəyişmələrinə təsir edir. Bu mövzu Azərbaycan siyasətinin prioritet istiqamətlərindən biridir".
Seçilən
22
2
moderator.az

3Mənbələr