AZ

İranın gizli əməliyyatı: Təhlükəli cəhdin qarşısı alındı

Kanada hakimiyyəti tanınmış yəhudi hüquqşünası, bu ölkənin keçmiş ədliyyə naziri və baş prokuroru İrvin Kotlerə İranın sui-qəsd cəhdinin qarşısını alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Globe and Mail” məlumat yayıb.

Mənbə bildirir ki, Kotler oktyabrın sonunda İran agentləri tərəfindən 48 saat ərzində qaçılmaz sui-qəsd təhlükəsi ilə üzləşdiyi barədə məlumat alıb. Bu səbəbdən Kanada polisi iki şübhəli şəxsi izləyib.

Kotler keçən həftə daha ətraflı məlumat vermədən təhlükənin əhəmiyyətli dərəcədə azaldığı barədə məlumatlandırılıb.

Sabiq nazir söz və dini etiqad azadlığı, azlıqların hüquqları, sülh hüququ və müharibə cinayətləri məsələləri üzrə mütəxəssis kimi tanınır. Onun İsraillə yaxın əlaqələri var.

Məlumata görə, Kotler 7 oktyabr 2023-cü il tarixində İsraildə HƏMAS-ın 1200-ə yaxın insanın ölümünə səbəb olan və 251 nəfərin girov götürüldüyü qətliamdan bəri Kanada polisinin müdafiəsi altındadır.

Tədbirlərə silahlı mühafizəçilər və zirehli maşın da daxildir.

Məqalədə qeyd olunur ki, Kotler 2008-ci ildən bu yana İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanınması səyləri ilə Tehrandakı rejimin qəzəbinə səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
25
teleqraf.com

1Mənbələr