AZ

"Eurostat" növbəti hesabatını açıqlayıb - Rəqəmlər

Avropa Statistika İdarəsi "Eurostat", AB və Avrozonanın sentyabr ayı üzrə beynəlxalq ticarət məlumatlarını açıqlayıb.  

Valyuta.Az "Hurriyyət" qəzetinə istinadən xəbər verir ki, AB-nin ixracı sentyabrda ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz artaraq 212,6 milyard avroya çatıb, idxalı isə 0,3 faiz azalaraq 203 milyard avro olub. Bunun nəticəsində AB sentyabr ayında 9,6 milyard avro ticarət artıqlığı əldə edib.  

Avrozonada isə ixrac sentyabrda 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 237,8 milyard avroya yüksəlib, idxal isə 0,6 faiz azalaraq 225,3 milyard avroya düşüb. Bu dövrdə Avrozonanın ticarət artıqlığı 12,5 milyard avro olaraq qeydə alınıb.  

Hesabat dövründə AB ölkələrindən ən çox idxal həyata keçirən ölkələr sırasında ABŞ (45,6 milyard avro), Böyük Britaniya (28,5 milyard avro), Çin (17 milyard avro), İsveçrə (16,3 milyard avro) və Türkiyə (9,1 milyard avro) yer alıb.  

AB ölkələrinə ən çox ixrac edən ölkələr isə Çin (47,5 milyard avro), ABŞ (27,2 milyard avro), Böyük Britaniya (13,1 milyard avro), İsveçrə (11,3 milyard avro), Türkiyə (7,9 milyard avro) və Norveç (7,7 milyard avro) olub.  

Rəhim

Seçilən
24
valyuta.az

1Mənbələr