AZ

Ərdoğandan təklif: Ukrayna müharibəsi dondurulsun

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitində Ukraynadakı müharibənin dondurulmasını təklif edir.

Azreform.info "Bloomberg"ə istinadən xəbər verir ki, o, Braziliyada keçirilən Zirvə görüşündə Rusiya-Ukrayna münaqişəsi ilə bağlı təklifini verərək, onun detallarını açıqlayacaq.

"Ərdoğan Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı müzakirələrin ən azı 10 il təxirə salınmasını təklif edəcək. Təklifə əsasən Donbasın şərq hissəsində demilitarizasiya zonasının yaradılması və təhlükəsizliyin təminatı kimi oraya beynəlxalq qoşunların yerləşdirilməsi, habelə NATO-ya üzv olmaqdan imtinaya görə Kiyevə kompensasiya olaraq hərbi və hərbi-texniki cəhətdən dəstək verilməsi kimi digər məsələlər də əksini tapıb", - nəşr yazıb.

"Bloomberg" qeyd edib ki, Ankara Kiyevin belə bir təklifi qəbul etməsinin çətin olacağını etiraf etsə də, bu yanaşmanı ən real hesab edir. Agentlik yazır ki, Türkiyə rəsmiləri Rusiyanın işğal etdiyi ərazilərin taleyinin uzunmüddətli perspektivdə müzakirəsini təxirə salmaq və diqqəti sabit atəşkəsin təmin edilməsinə yönəltmək istəyirlər.

"Bloomberg"in məlumatına görə, Ərdoğan Zelenskini İstanbulda sülh danışıqlarında iştirak etməyə razı salmağa ümid edir: "O, atəşkəs dayanmayacağı təqdirdə Ukraynanın yaxın bir neçə ayda daha çox ərazi itirə biləcəyinə dair kəşfiyyat məlumatlarından xəbərdardır".  

"Bloomberg"in adı açıqlanmayan iki Avropa mənbəsinə görə, daha çox məmur Ukrayna Prezidenti Volodimir Zelenskinin Vladimir Putinlə “güzəştə getməli” olduğunu etiraf edir. Çünki tərəflərin heç biri qəti qələbə əldə etmək imkanına malik deyil.

Ərdoğanın bu planı Rusiya ilə birbaşa münaqişədən ehtiyat edən Ukraynanın NATO-dakı bəzi müttəfiqləri tərəfindən dəstəklənə bilər və bu ehtimal çox böyükdür.

Mürtəza
Azreform.info

Seçilən
61
50
azreform.info

10Mənbələr