AZ

"Terror aktları nəticəsində Azərbaycan çox sayda vətəndaşını itirib" — Politoloq

"İqlim dəyişikliyinin başlıca səbəblərindən biri ekoloji problemlərdir. Azərbaycanın ekoloji terrora məruz qalan, Cənubi Qafqazın aparıcı ölkəsi kimi COP29-a ev sahibliyi etməsi beynəlxalq ictimaiyyət tərəfindən bəyənilib. Tədbir BMT-nin tədbiridir. Azərbaycan BMT ilə daim sıx əlaqədədir. Azərbaycan ekoloji məsələlərdə, iqlim dəyişikliyi ilə bağlı qoşulduğu müqavilələrdə üzərinə düşən öhdəliyə hər zaman əməl edib".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Sədrəddin Soltan deyib: 

"Azərbaycanın tədbirə uğurlu ev sahibliyi etməsinin səbəbi daha əvvəl beynəlxalq tədbirlərə ev sahibliyi etməsidir. Azərbaycanda daha əvvəl "Avroviziya", Avropa İdman Oyunları, "Formula 1" yarışları və.s keçirilib. Bütün bunların qarşılığında Azərbaycan təcrübə qazanıb. Ona görə də COP29 uğurla davam edir".

Politoloq qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda erməni vandalizmi nəticəsində terrora məruz qalıb:

"Terror aktları nəticəsində Azərbaycan çox sayda vətəndaşını itirib. Müharibə başa çatdıqdan sonra da ərazilərimizə basdırılan minalar nəticəsində vətəndaşlarımız həyatını itirib. Azərbaycan ekoloji fəlakətə məruz qalmış bir ölkə kimi həmin problemlərin aradan qaldırılması üçün təşəbbüs göstərir. Fikrimcə, COP29-da qəbul edilən qətnamə və müqavilələr  iqlim dəyişikliyi ilə bağlı müxtəlif problemlərin aradan qalxmasına müsbət təsir göstərəcək". 

Əfsanə Kamal
Demokrat.az
Seçilən
51
demokrat.az

1Mənbələr