AZ

1387 il əvvəl baş verən döyüşün yeri məlum oldu

Arxeoloqlar ABŞ-nin casus peyklərinin gizli təsvirləri ilə tarixi məlumatları müqayisə edərək indiki İraq ərazisində qədim döyüş yerini müəyyən ediblər.

News24.az KONKRET.az-a istinadən xəbər verir ki, Böyük Britaniyanın Durham Universiteti və İraqın Əl-Qadisiyyə Universitetinin tədqiqatçılarının birgə səyləri nəticəsində 636 və ya 637-ci ildə baş vermiş əl-Qadisiyyə döyüşünün yeri tapılıb. Həmin döyüş ərəb müsəlmanlarının qələbəsiylə başa çatmışdı və onun dəqiq yeri indiyədək məlum deyildi. Əvvəlcə qrup 1970-ci illərin gizli peyk görüntülərindən və tarixi mətnlərdən istifadə edərək, İraqın Kufə şəhərindən Səudiyyə Ərəbistanının Məkkə şəhərinədək ziyarət yolunun xəritəsini tərtib edib. Sonra məşhur döyüşün yeri müəyyənləşib.

Seçilən
13
1
news24.az

2Mənbələr