Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və ZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə orta məktəbdə təhsil alan 20 şəhid övladı COP29 Yaşıl Zonasını ziyarət ediblər.
QHT.az xəbər verir ki, burada müxtəlif dövlət və qurumların pavilyonları ilə tanış olan şəhid övladları, həmçinin Shokki Mokki və EkoSfera - Sosial Ekoloji Mərkəz tərəfindən təşkil olunan masterklasslara qatılıblar.
Sonda iştirakçılara Azersun Holding və COP29 Əməliyyat Şirkəti tərəfindən sertifikat və xatirə hədiyyələri təqdim olunub.