AZ

Azər Bayramov: İƏT aşağı karbonlu iqtisadiyyat üçün zəruri bacarıq və səriştələrin inkişafını dəstəkləməyi hədəfləyir

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzv ölkələrdə "yaşıl iş yerləri"nin yaradılmasını, davamlı və aşağı karbonlu iqtisadiyyat üçün zəruri bacarıq və səriştələrin inkişafını dəstəkləməyi hədəfləyir.

"Operativ Media" xəbər verir ki, bunu İƏT-in Əmək Mərkəzinin baş direktoru Azər Bayramov COP29 çərçivəsində təşkil olunmuş "Yaşıl iş və bacarıqlar" mövzusunda yüksəksəviyyəli dəyirmi masada deyib.

O bildirib ki, işçilərə "yaşıl iqtisadiyyat"a uyğunlaşmağa və inkişaf etməyə kömək etmək üçün həm sosial təhlükəsizlik, həm də yenidən ixtisaslaşma imkanları təklif edən maliyyə strukturlarına ehtiyac var: "İƏT Əmək Mərkəzi üzv dövlətlərin əmək, məşğulluq, insan kapitalının inkişafı səylərini möhkəmləndirmək və gücləndirmək məqsədi daşıyan strateji qurumdur. Mərkəzimiz üzvlərimizi gələcəyə yönəlmiş bacarıqların proqnozlaşdırılması mexanizmlərinin qurulmasında dəstəkləməyə sadiqdir. Bundan əlavə, biz həssas əhalinin iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmasına kömək edən sosial müdafiə proqramlarının həyata keçirilməsi üçün təbliğat işləri aparırıq".

Baş direktor qeyd edib ki, davam edən və gələcək layihələrin bir neçə vacib strategiyalar əsasında formalaşdırılması üçün işlər görülür: "Buraya üzv dövlətlərdə əmək bazarının uyğunlaşma qabiliyyətini artırmaq üçün siyasətin formalaşdırılmasına rəhbərlik, "yaşıl bacarıq"ların inkişafı və bilik mübadiləsi üzrə İƏT daxili əməkdaşlığın təşviqi daxildir. Həmçinin sosial ədalət və ətraf mühitin qorunması, İslam prinsipi ilə uzlaşan inklüziv inkişaf strategiyalarının təşviqi, dövlət və özəl sektor resurslarını birləşdirən innovativ maliyyələşdirmə mexanizmlərini araşdırmaqla iqlim fəaliyyəti kontekstində inkişaf üçün maliyyələşdirmənin artırılması da strategiyalar sırasında yer alır".

Seçilən
15
3
operativmedia.az

4Mənbələr