AZ

Binaların altındakı kafelərdən ŞİKAYƏT: “Gecələr səs-küy çox olur”

Son illərdə şəhərin mərkəzində, xüsusilə iş mərkəzləri ilə əhatə olunmuş binaların alt hissəsində yerləşən restoranlar çoxalmağa başlayıb.

Bu məkanlar, əslində, həm yerli sakinlər, həm də işgüzar dünyada çalışanlar üçün cazibədar bir təklifdir. 

Lakin binaların altında yerləşən restoranların həm yaxşı, həm də mənfi tərəfləri var.

Bu mənfi tərəflərdən biri də gecələr səs-küyün çox olması, bina sakinlərinin istirahətini pozmasıdır.

Bundan da bina sahiblərinin əksəriyyəti şikayətçidir. 

Maraqlıdır, restoranlar harada açılmalıdır? 

Bu barədə Hit.az-a açıqlama verən sosioloq Lalə Qarayeva deyib ki, binaların altındakı restoranların ən böyük çətinliklərdən biri, bu tip restoranların səssizliyini qorumaq və ya sakinlərin rahatlığını pozmamaq məsələsidir:

“Binaların altındakı məkanda çalışan restoranlar, bir çox hallarda yüksək səs-küyə səbəb ola bilər, xüsusən də axşam saatlarında. Yüksək dövriyyə və müştəri sıxlığı ilə yanaşı, canlı musiqi və ya geniş menyularla işləyən restoranlar, bina sakinlərinin sakinlik həyatını poza bilər.

Restoran açmaq üçün ən uyğun yerlər, demək olar ki, insanların intensiv olaraq keçdiyi, rahatlıqla çata biləcəyi və özünü təhlükəsiz hiss etdiyi ərazilərdir. Bu, həmçinin restoranın təklif etdiyi yeməklərə, xidmət səviyyəsinə və hədəf auditoriyasına görə dəyişə bilər. Yaxşı planlaşdırılmış yer seçimi restoranın uğuru üçün çox önəmlidir.

Amma restoran və kafe açarkən, bina sakinlərinin rahatlılığını təmin etmək üçün yaxşı izolyasiya sistemlərindən istifadə olunmalıdır. Gecə 12-ni keçəndən sonra yüksək səsli mahnılar qoyulmamaldır”. 

Murad


 

Seçilən
26
hit.az

1Mənbələr