AZ

"Nüvə texnologiyaları iqlim dəyişikliyinin təsirlərinin yumşaldılmasında mühüm rol oynayır"

Nüvə enerjisi etibarlı elektrik enerjisi mənbəyi olmaqla karbon qazı emissiyalarının azaldılmasına kömək edir və iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır.
 
Bunu Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəhbəri Nicat Əliyev "Radiasiya və iqlim dəyişikliyi. Yeni çağırışlar" mövzusunda panel müzakirəsində bildirib.
 
Onun sözlərinə görə, Azərbaycan iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması istiqamətində fəal iş aparır. "Bu prosesdə nüvə texnologiyalarından istifadə bu gün ən qabaqcıl üsullardan biridir", - agentliyin rəhbəri qeyd edib.
 
N.Əliyev bildirib ki, kənd təsərrüfatında nüvə texnologiyalarından istifadə ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı istehsalında dayanıqlı metodların tətbiqi və aqrar məhsulların keyfiyyətinin artırılmasında həlledici əhəmiyyət kəsb edir.
 
O, Azərbaycanın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) fəal əməkdaşlıq etdiyini vurğulayaraq tərəflər arasında imzalanmış enerji planlaşdırılması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun iqlim dəyişikliyi ilə mübarizəyə əhəmiyyətli töhfə verəcəyinə ümidvar olduğunu deyib.
Seçilən
70
1
moderator.az

10Mənbələr