AZ

Belarus və Rusiya birlikdə istənilən çətinliyin öhdəsindən gələcək – Lukaşenko

Belarus və Rusiya birlikdə olsalar, istənilən çətinliyin öhdəsindən gələcəklər.

İnterpress.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko bunu bazar ertəsi Minskdə Rusiya Federasiyasının Smolensk vilayətinin qubernatoru Vasili Anoxinlə görüşündə deyib.

O, həmçinin bildirib ki, heç vaxt Putinin bir dövlətdə yaşamaq təklifini eşitməyib.

“İki dövlət var, ortaq Vətən var. Ruslar buna etiraz etmirlər. Brestdən Vladivostoka qədərdir. Bu bizim vətənimizdir. Bu, hər şeyi deyir. Ancaq bu, bizim günahımızdan deyil, belə olub, bizim iki dövlətimiz var – Belarus və Rusiya.

Mən heç vaxt Rusiya prezidentinin “Qulaq as, sabah biz bir dövlətdə yaşamalıyıq!” dediyini eşitməmişəm. Heç vaxt belə şey olmayıb. Buna ehtiyac yoxdur”, – Lukaşenko bildirib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
20
interpress.az

1Mənbələr