AZ

"Goldman Sachs" analitikləri “qızıl al” deyirlər - BAHALAŞMA PROQNOZU

"Goldman Sachs" investisiya bankının ekspertləri 2025-ci ilin sonuna kimi qızılın qiymətinin 3000 dollara yüksələcəyini gözləyir. 

FED.az xəbər verir ki , ekspertlər 2025-ci ilin dekabrına qədər qızılın unsiyasının 3000 dollara çatacağını gözləyirlər . Artımın əsas səbəbləri arasında qlobal mərkəzi bankların qızıla tələbinin artması, həmçinin ABŞ-da monetar siyasətin yumşaldılması və ticarət əlaqələri üçün risklər var. 

Goldman Sachs analitiklərinin fikrincə, qızıl ABŞ-da mərkəzi bankların alışları və aşağı faiz dərəcələri sayəsində 2025-ci ildə rekord səviyyəyə qalxacaq. "Bloomberg" yazır ki, mütəxəssislər qızılı 2025-ci il üçün əsas əmtəələr siyahısına daxil edib və Donald Trampın prezidentliyi dövründə qiymətlərin daha da arta biləcəyini bildiriblər. 

Goldman Sachs analitikləri, 2025-ci ilin dekabrına qədər qızılın unsiyasının 3000 dollar olacağı proqnozunu bir daha təsdiqləyərək, “qızıl al” tövsiyəsini verirlər.  

Bu proqnoza təsir edən əsas amil mərkəzi banklardan qızıla tələbatın artması olub. Bundan əlavə, qızıla tələbatın artmasına ABŞ Federal Ehtiyat Sisteminin monetar siyasətini yumşaltması fonunda birja fondlarına vəsait axını kömək edəcək. Qızılın spekulyativ alışları, həmçinin tariflər tətbiq olunarsa, ticarət gərginliyinin mümkün artması ilə də baş verə bilər. 

Noyabrın 18-də Çikaqo Ticarət Birjasında (CME) qızılın dekabr müqaviləsinin dəyəri 0,6% artaraq 1 unsiya üçün 2597,5 dollar təşkil edib. Son bir həftədə qiymətli metalın qiyməti 4,63% ucuzlaşıb.

Seçilən
11
fed.az

1Mənbələr