Nəticədə zamandan qənaət edib sağlamlıqdan itiririk.
Hansı qidaların daha zərərli olması ilə bağlı Demokrat.az araşdırma aparıb:
Mütəxəssislər istehlak edilən qidaların tərkibindəki əlavələrin sağlamlığa mənfi təsirlərinə diqqət çəkir. Rəf ömrünü uzatmaq üçün əlavə edilən bu maddələrin şüursuz istifadə halında ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edilir.
Tərkibində rəngləndirici, qoruyucu, antioksidan, dadlandırıcı və.s kimi bir çox maddə olan qidalar allergik reaksiyalar, metabolik problemlər, həzm problemləri və immunitet sistemi problemləri yaradır.
“Risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdır”
Qatqıların təsiri hamilə qadınlar, süd verən analar, yaşlılar və xroniki xəstəlikləri olan şəxslər kimi risk qruplarında daha çox görülə bilər.
Müasir dövrdə bir çox insanlar problemi aradan qaldırmaq üçün şəxsi qidalanma reseptləri hazırlayır, dietoloqlara üz tuturlar. Hər bir mütəxəssisin özünə uyğun metodları var.
Ekspertlərin fikrincə, onlar içərisində ay faydalısı və çəki saxlamaqda uzun müddət faydalı olacaq metod bir növ qidalanma əvəzinə balanslaşdırılmış qida metodudur.
Mütəxəssislər qeyd edir ki, əgər vahid pəhriz yerinə sağlam və balanslı qidalanma modelinə üstünlük verilirsə, biz sağlamlığımızı qoruya və qida əlavələrinin mənfi təsirlərindən qaça bilərik.
Əfsanə Kamal
Demokrat.az