Böyük Britaniya Silahlı Qüvvələri yaxın 10 il ərzində DragonFire lazer silahlarını təyyarələrə və hərbi quru maşınlarına quraşdıra bilər.
Bu barədə "The Telegraph" məlumat yayıb.
Qəzet yazır: “Hər atışda raketləri və dronları məhv edə biləninqilabi lazer on il ərzində Britaniyanın yerüstü maşınlarına və təyyarələrinə quraşdırıla bilər”.
Silahın hazırlanmasında iştirak edən QinetiQ şirkətinin baş direktoru Stiv Uedinin sözlərinə görə, onlar dəniz proqramı - 2027-ni hədəfləyirlər.