İsrail Müdafiə Qüvvələri (İDF) Livanda quru əməliyyatı başlayandan bəri ilk dəfə olaraq öz ərazisinə ağır artilleriya yerləşdirib.
Oxu24.com xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, bazar günü gecə 36-cı diviziyanın artilleriya bölmələri sərhəddən kənara yerləşdirilib.
Qəzetin yazdığına görə, onlar hazırda sərhəd bölgələrində Hizbullahın ikinci müdafiə xəttinə hücum edən İDF quru qüvvələrinə atəş dəstəyi verəcəklər.
Qəzetin qeyd etdiyi kimi, söhbət İsrail Müdafiə Qüvvələrinin 411-ci batalyonunun bölmələrindən gedir.
Nigar