Azərbaycan milli komandasının üzvü Mahir Emreli İsveçlə Millətlər Liqasının son qrup matçından əvvəl mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, yığmamızın hücumçusu fikirlərini bölüşüb:
"Sabah bizi çox çətin oyun gözləyir. Çalışacağıq ki, əlimizdən gələni edib qələbə qazanaq. Cüzi də olsa, şansımız var. Bunun üçün əlimizdən gələni etməyə çalışacağıq. Dediyim kimi öz oyunumuzu oynayıb, yaxşı nəticə üçün savaşacağıq".
Qeyd edək ki, İsveç - Azərbaycan qarşılaşması 19 noyabr Bakı vaxtı ilə saat 23:45-də baş tutacaq.
Günay Xəlil / Stokholm