AZ

Borrell: Gürcüstan hökumətinin əvəzinə ölkənin vətəndaş cəmiyyəti dəstək alacaq

Aİ Gürcüstan hökumətinə maliyyə yardımını dayandırır və bu məqsədlə ayrılan 100 milyon avronu vətəndaş cəmiyyəti təşkilatlarına dəstək üçün istifadə edə bilər.

NOCOMMENT.az xəbər verir ki, bunu Aİ-nin ali nümayəndəsi Cozep Borrell Brüsseldə Aİ Nazirlər Şurasının iclası başlamazdan əvvəl deyib.

“Bu gün hamı konkret qərarlar qəbul etmək üçün Gürcüstandakı vəziyyəti müzakirə edəcək. Mən hökumətə aid proqramların mühüm hissəsinin dayandırılmasını təklif etdim. 100 milyon avrodan çox vəsait dondurulacaq və hakimiyyətə təslim edilmək əvəzinə, ədalətli seçkilər uğrunda mübarizədə onlara dəstək olmaq üçün vətəndaş cəmiyyəti təşkilatlarını dəstəkləməyə yönəldiləcək. Gürcüstan xalqı Avropa İttifaqından kömək almağa davam edəcək”, – deyə Borrell vurğulayıb.

O, Gürcüstanda keçirilən parlament seçkilərində baş verən pozuntuların araşdırılmasının vacibliyini də qeyd edib.

O, bir daha vurğulayıb ki, Gürcüstan hökuməti demokratik islahatlar yoluna qayıdana qədər Gürcüstanın Aİ-yə daxil olması prosesi dayandırılır.

“O vaxta qədər biz hökumətə göndərilən pulu bu dəfə öz taleyi üçün mübarizə aparan insanlar üçün istifadə edəcəyik”, – deyə o vurğulayıb.

Seçilən
40
nocomment.az

1Mənbələr