AZ

“Rafet istəyirdi ki, adı mənimlə hallansın” - Pərvin

“Türkiyə şou-biznesindəki populyarların həyatının çoxu yalandır. Məsələn, iki məşhur sima guya sevgilidir, lakin əslində belə deyil. Biri digərini məşhur etmək üçün pul alır. Mənə o vaxt demişdilər ki, gəl, səni filankəslə sevgili edək, elə bilsinlər ki, sevgilisiniz. Rafet El Roman deyil, başqası idi”.

Bizim.Media olay-a istinadən xəbər verir ki, bu barədə aktrisa Pərvin Abıyeva jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan “Pərvizə görə” proqramında danışıb.

“Nəsrin Cavadzadənin müsbəti ondadır ki, o, Türkiyədə böyüyüb. Ona orada yaşamaq rahatdır. Mən orada təhsil alanda bir neçə menecerdən təklif gəldi. Sadəcə təklifdə olan bəzi maddələr məni qorxudub. Hansı ki, onların qanunlarıdır. Beş illik müqavilədir, o müddət ərzində onlar nə istəsə, onu etməlisən. Mən də azadlığıma önəm verən insanam. Tez-tez ölkəmə gedib-gəlmək istəyirəm, buna icazə vermirlər. Onların istədiyi kimi həyatını qurmalısan.

Türkiyə şou-biznesindəki populyarların həyatının çoxu yalandır. Məsələn, iki məşhur sima guya sevgilidir, lakin əslində belə deyil. Biri digərini məşhur etmək üçün pul alır. Mənə o vaxt demişdilər ki, gəl, səni filankəslə sevgili edək, elə bilsinlər ki, sevgilisiniz. Rafet El Roman deyil, başqası idi.

Əslində Rafet özü istəyirdi ki, adı mənimlə hallansın. Mən də söhbətdən elə çıxdım ki, alındıra bilmədi. Mən sevmirəm elə şeyləri. Əgər doğrudan münasibət varsa, üzə çıxacaq. Yalandan camaata başqa cür göstərim, pul verim ki, guya sevgiliyik... Yox”, - Pərvin qeyd edib.

Bizim.Media

Seçilən
36
5
bizim.media

10Mənbələr