Qasım Hacıyev: “Ermənistan doğrudan da Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə, Ağrı dağının şəklini öz gerbindən götürsün və birdəfəlik bu xəstə düşüncədən əl çəksin”
Ermənistan Türkiyə ilə yaxınlaşmaq istədiyini, münasibətləri normallaşdırmaq niyyətində olduğunu desə də, əməldə tamamilə başqa mövqe sərgiləyir. Ermənilərin Türkiyə ərazisinə iddialarını büruzə verən faktlar az deyil. Məsələn, Ermənistanın dövlət gerbində Ağrı dağının əks olunduğu məlumdur.
Bu da aşkar şəkildə Türkiyəyə qarşı ərazi iddiasından xəbər verir. Bu azmış kimi, indi də bəzi erməni təşkilatları Ağrı dağının ermənilərin “milli kimlik simvolu” olduğunu bildirirlər.
Ermənistan Respublika Partiyasının rəhbəri Henrix Danielyan Ağrı dağla bağlı cəfəng iddialar səsləndirib.
O yazıb ki, Ağrı dağının tarixi həm Ermənistan, həm də region üçün vacibdir. Guya bu, erməni “mədəniyyətinin, tarixinin və kimliyinin ayrılmaz hissəsidir”. “Ağrı dağı hazırda Türkiyədə yerləşsə də və indiki Ermənistanın rəhbərləri onu tərk etsələr də, erməni xalqı üçün onun dərin əhəmiyyəti var”-deyən Danielyan hətta Ağrı dağının Bibliyadakı mənasına da toxunub. Yazır ki, Ağrı dağı İncildə Nuhun gəmisinin tufandan sonra dayandığı yer kimi qeyd olunur. Bu epizod Yaradılışda təsvir edilmişdir.
Eyni zamanda erməni partiya sədri digər bir cəfəng fikri də irəli sürərək, onu “milli rəmz” adlandırıb. Guya Ağrı dağı “əsrlər boyu” Ermənistanın “simvolu” olub. “Bugünə qədər o, Ermənistanın dövlət gerbində təsvir edilmişdir”-deyə bildirən Danielyan aşkar şəkildə ölkəsinin ərazi iddiasını ortaya qoyur.
Deyir ki, erməni ədəbiyyatında, rəssamlığında və xalq yaradıcılığında Ağrı dağı çox vaxt “erməni xalqının gücünü, gözəlliyini və çoxəsrlik tarixini simvolizə edir”.
Doğrudan da, Danielyanın tarixdən, gerçəklikdən, faktlardan uzaq düşüncələri xəstə bir millətin kiflənmiş, çürümüş təfəkkürünü ortaya qoyur. Bu xəstə təfəkkürlü insan deyir ki, Ağrı dağı erkən “erməni dövrünün” tarixi mətnlərində və əfsanələrində öz yerini tapmışdır. “Onu çox vaxt erməni vətəninin ürəyi adlandırırlar”-deyən Danielyan yazır ki, guya “erməni dövləti” Urartu e.ə. IX-VI əsrlərdə bu ərazidə mövcud olmuşdur.
Bu azmış kimi, “Böyük Tiqranın hakimiyyət dövrü”nü də bu ərazi ilə bağlamağa çalışıb.
Guya ki, Böyük Tiqranın “hakimiyyət dövründə” (e.ə. I əsr) Ağrı dağı onun krallığının cənub sərhədinin yaxınlığında yerləşirdi.
“Ağrı dağı erməni xalqının gücünün və ilhamının simvolu (?) olmaqda davam edir. Ermənistan gerbi dağın təsvirini ehtiva edir və bütün dünya diasporu onu (dağ) erməni kimliyinin bir hissəsi hesab edir (?)”. Bu cəfəng, heç bir elmi əsası olmayan, ermənilərin xəstə, işğalçı təfəkkürünə xas olan bu ifadə də həmin şovinist partiya sədrinin statsunda qeyd olunub.
Həqiqətən də ermənilər xəstə düşüncəli, miflərin, nağılların havasına uyub yaşayan toplumdur. Bunlar məgər gerçəkliyi bilmir ki, nə Ağrı dağının, nə Tiqranın, nə Urartunun, nə də başqa iddia etdikləri ərazilərin, dövlətlərin, mədəniyyətlərin bunlara heç bir aidiyyəti yoxdur?
Danielyanın bu fikirləri Türkiyəyə qarşı ərazi iddialarını daha da körükləyir və bir tərəfdən də hökumətin əsl mahiyyətini ifadə edir.
“Ağrı dağı Türkiyənin, türk xalqının simvoludur, o heç zaman ermənilərin “milli kimlik simvolu” olmayıb, ola da bilməz”
AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, ermənilər son 200 ildə bəlli dünya gücləri qarşısında götürdüyü öhtəlikləri “yaxşı icra edir”. Q.Hacıyev vurğuladı ki, XX əsrə qədər dövləti olmayan bir xalqın gətirilib bizim ərazilərdə yerləşdirilməsindən sonra onlar onları burada yerləşdirən dövlətlərə xidmət borclarını yerinə yetirirlər. “Həmin o dövlətlər bizim regionda heç bir xalqa ermənilər qədər rəğbət göstərmir. Bunun da səbəbi ermənilərin onlara xidmət etmələri, digər tərəfdən də onların xristian olmasıdır. Ermənilər ənənəvi olaraq Qərb ölkələrinin işinə yarayır. Ermənilərdən uzun illərdir ki, həmin Qərb dövlətləri Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. O dövlətlərin əl alətinə çevrilən ermənilər və Ermənistandan hər cür işlərdə istifadə edirlər. Onlar Ermənistana öz əlaltıları kimi yanaşırlar. Məsələn, Türkiyə, Azərbaycan, Gürcüstan və digər dövlətlər dünyanın irticaçı qüvvələrinin əlində heç zaman oyuncağa çevrilməyib, çevrilə də bilməz. Bu dövlətləri həmin qüvvələr idarə edə bilmir, istəsələr də buna nail olmaları mümkün deyil. Amma erməniləri və Ermənistanı heç bir əziyyət çəkmədən idarə edirlər, alətə çevirirlər, hansı dövləti şərləmək, hansı dövlətin içində separatrizm, terrorizim yuvası yaratmaq istəyirlərsə dərhal ermənilər istifadəyə hazır olur. O dövlətlər Ermənistana uzun illərdir ki, şərait yaradırlar, ona arxa-dayaq dururlar. Bəzən də ermənilər öz havadarlarının gücündən istifadə edib öz çirkin əməllərini həyata keçirə bilirlər.
Ərazi iddiaları məsələsinə gəlincə, erməniləri bu regionda yerləşdirən dövlətlərin təkidi və havadarlığı ilə onlar yerləşdikləri bu bölgədə müxtəlif dövlətlərin ərazilərinə qarşı iddia irəli sürürlər. Ertmənilər burada öz ağaları olan dövlətlərə “tarixi əsas” yaratmağa çalışırlar. Nə ermənilərin, nə də onların havadarlarının bu ərazilərə tarixi, hüquqi əsası çatmır. Bu bölgə ermənilərin tarixi ərazisi deyil. Sonradan gəlib yerlışdikləri bu ərazilərdə özlərinə “qədim” tarix, mədəniyyət, hansısa bir irs yaratmaq üçün çoxlu cəhdlər edirlər. Buna görə də, imkan düşən kimi arxiv sənədlərini, qədim mənbələri də saxtalaşdırırlar. Bununla yanaşı qondarma, uydurma tarixşünaslıq yaradırlar ki, guya bu ərazilərdə onların çoxlu mədəni abidələri olub, onların bu ərazilərə tarixi bağları “güclüdür”. O qədər saxta məlumatlar ortaya atırlar ki, heç birinin də əsası yoxdur.
Şərq ölkələri, Cənubi Qafqazla bağlı elə bir tarixi yer yoxdur ki, onun ən qədiminə və ən qiymətlisinə ermənilər iddia etməsin. Qədim dövlətdən danışanda bilirlər ki, ən qədim dövlətlərdən biri Urartudur, ona iddia edirlər. Ən qədim yazılardan biri Urartu yazısıdır, onu da özlərinə çıxmağa çalışırlar. Efiopiya əlifbasını “erməni əlifbası” edib onu qədimləşdirirlər”.
Q.Hacıyev qeyd etdi ki, bu ərazilərdə ən qədim coğrafi ünvanlardan biri Qafqaz dağlarıdır, Türkiyə ərazisində yerləşən qədim Ağrı dağıdır. “Ermənilər Ağrı dağına uzun illərdir ki, iddia edirlər və saxta tarix yazırlar, nağıllar, miflər yaradırlar. Nuhun gəmisi barədə ilk əfsanələri, mifləri yaradan da elə ermənilər olub. Adından da göründüyü kimi, Nuh əfsanəsi bir əfsanədir və onun haqqında qədim kitablarda yazılanlara da ermənilər məhəl qoymurlar. Özlərindən əfsanələr udurub Ağrı dağının adını “Ararat” qoyurlar, onu ermənilərin “milli simvolu” elan edirlər. Halbuki, Ağrı dağı ilə ermənilərin heç bir əlaqəsi yoxdur. Bu birmənalı şəkildə aydındır ki, nə Türkiyə, nə Azərbaycan, nə Gürcüstan, nə də Qərbi Azərbaycan ərazisində ermənilərin heç bir qədim tarixi abidəsi, heç bir tarixi yeri-yurdu, təbii-coğrafi şəraiti yoxdur. Çünki ermənilər bura XIX əsrin əvvəllərində kütləvi şəkildə köçürülüb gətirilib. Bunların sayı da, köçürülmə tarixi də, onların bura hansı şərtlərlə gətirildiyi də məlumdur. Ermənistan adlı dövlətin də nə vaxt yarandığı bəllidir. Ona görə də ermənilərin bu məsələ ilə bağlı dediklərinin hamısı əfsanədir, saxtakarlqıdır, uydurmadır. Onların bu təbliğatının yalan və mənasız olduğunu onlara bir daha eşitdirməyə ehtiyac var”.
Q.Hacıyev bildirdi ki, Ağrı dağının şəklinin Ermənistanın dövlət gerbində əks etdirilməsinin özü böyük bir qanunsuzluqdur, bunun tarixi və hüquqi əsası yoxdur: “Ermənistanın konstitusiyasında da, gerbində də başqa dövlətlərə qarşı ərazi iddiaları rəsmən öz ifadəsini tapıb. Ağrı dağının Türkiyə ərazisində olduğu və bu ölkəyə məxsus olduğu birmənalıdır. Amma ermənilər Ağrı dağına qarşı əsassız iddia irəli sürürlər. Bir tərəfdən Ağrı dağının şəkilini gerblərində əks etirirlər, Türkiyəyə qarşı ərazi iddialarından əl çəkmirlər, o biri tərəfdən də Türkiyə ilə sərhədləri açmaq, münasibətləri normallaşdırmaq istəyirlər, bu, anormal düşüncədir. Ermənistanın öz davranışları ilə bir daha təsdiq edir ki, onun niyyəti sülh deyil və Türkiyəyə, eləcə də Azərbaycana qarşı əsassız ərazi iddialarından əl çəkmək fikrindən uzaqdır. Ermənistan doğrudan da Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə, Ağrı dağının şəklini öz gerbindən götürsün və birdəfəlik bu xəstə düşüncədən əl çəksin. Ağrı dağı Türkiyənin, türk xalqının simvoludur, o heç zaman ermənilərin “milli kimlik simvolu” olmayıb, ola bilməz də. Tarix var, sənəd var, gerçəklik var, bu məsələ miflə, nağılla bağlı ola bilməz” - deyə Q.Hacıyev bildirdi.
İradə SARIYEVA