AZ

"İqlim problemlərinin həlli üçün birgə layihələr və maliyyə dəstəyi vacibdir" – İradə Rizazadə

Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə QHT.az-a özəl açıqlamasında COP29 çərçivəsində Bakıda keçirilən iqlim sammitində əsas müzakirə mövzularından biri kimi iqlim problemlərinin həlli üçün maliyyə dəstəyinin təmin edilməsinə çağırışların edildiyini vurğulayıb.

QHT sədri sammitin əhəmiyyətini belə ifadə edib:

"Bu tədbirdə prezidentlər, baş nazirlər və səlahiyyətli nümayəndələr bir araya gələrək iqlim problemlərinin həlli üçün böyük qərarlar qəbul edəcəklər. Əsas məsələ, iqlim problemlərinin aradan qaldırılması üçün maliyyə resurslarının ayrılmasına çağırışların edilməsidir. Bütün dünyada iqtisadiyyatı iqlimdən asılı olan ölkələr var. Yanğınlar, daşqınlar, zəlzələlər kimi təbii fəlakətlər həmin dövlətlərin iqtisadiyyatına ciddi təsir edir və bunun üçün mütləq birgə maliyyə və resurslarla addımlar atılmalıdır."

İradə Rizazadə həmçinin, iqlim dəyişikliyinə qarşı qlobal səviyyədə koordinasiyanın vacibliyini qeyd edib:

"Biz bilirik ki, iqlim dəyişikliyinə qarşı yalnız bütün dövlətlərin birgə fəaliyyəti və yaxşı maliyyə dəstəyi ilə nəticələr əldə etmək mümkündür."

Bu mötəbər tədbirin Bakıda keçirilməsini böyük bir nailiyyət kimi qiymətləndirən İctimai birlyin sədri gələcəkdə sammit nəticələrinin qlobal iqlim problemlərinin həlli istiqamətində mühüm addımlar atılmasına imkan yaradacağını bildirib.

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
124
50
qht.az

10Mənbələr