AZ

Çin avtomobil istehsalçısı kriptovalyuta dünyasına daxil olur

Çinli elektrikli avtomobil istehsalçısı "Kaixin Holdings" Orta Şərqdə kriptovalyuta bazarına daxil olur.

Valyuta.az xəbər verir ki, elektrikli avtomobil sektorunda tanınmış bir şirkət olan "Kaixin Holdings" Orta Şərqdə mədənçilik müəssisəsi satın aldığını elan edib. Bununla şirkət kriptovalyuta bazarına daxil olur. Bununla yanaşı, əsas fəaliyyəti olan elektrikli avtomobil istehsalını davam etdirəcək.  

Bu addım Çinin kriptovalyuta sektoruna tədricən qayıdışı mənasına da gələ bilər. Xatırladaq ki, Çin 2021-ci ildə qəbul etdiyi qərarla kriptovalyuta mədənçiliyini və ticarətini qadağan etmişdi. Buna baxmayaraq, bəzi Çinli şirkətlər sektora ehtiyatla yenidən daxil olmağa başlayıblar. Çin hökuməti isə rəqəmsal yuan inkişafını davam etdirir, lakin kriptovalyuta bazarı üzərindəki məhdudiyyətlərini hələ də qaldırmayıb.  

Rəhim

Seçilən
25
50
valyuta.az

10Mənbələr