AZ

Polşanın gübrə istehsalçısı Grupa Azoty partlayıcı maddələrin istehsalına başlayacaq

Polşanın azot gübrəsi şirkəti Grupa Azoty partlayıcı maddələr istehsal edəcək.

Bu barədə Polşa Müdafiə Nazirliyi öz rəsmi saytında məlumat yayıb.

“Bu il noyabrın 18-də “Qrupa Azoty” şirkətinin qərargahında Milli Müdafiə Nazirliyinin rəhbərinin (Vladislav Kosinyak-Kamış. – Red.) iştirakı ilə silah istehsalı sahəsində əməkdaşlığa dair niyyət məktubu imzalanıb”, - məlumatda deyilir.

Qeyd olunur ki, konfrans zamanı Kosinyak-Kamış Polşada sursat istehsalı zavodunun tikintisinin planlaşdırıldığını açıqlayıb.

Seçilən
22
aznews.az

1Mənbələr