AZ

ABŞ-da total deportasiyalar başlayacaq: Donald Tramp məlumatı təsdiqləyib

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp qeyri-qanuni mühacirlərin deportasiyası üçün federal səviyyədə fövqəladə vəziyyət tətbiq etməyə hazır olduğu barədə məlumatı təsdiqləyib.

Bundan əvvəl “Judicial Watch” mühafizəkar fəallar qrupunun rəhbəri Tom Fitton Trampın niyyəti haqqında yazmışdı. “Yaxşı xəbər: Donald Trampın yeni administrasiyası milli fövqəladə vəziyyət elan etməyə və prezident Co Baydenin siyasətini dəyişmək və kütləvi deportasiyalar həyata keçirmək üçün hərbi gücdən istifadə etməyə hazırdır”, – deyə Tom Fitton noyabrın 9-da “Truth Social”da yazıb.

Xatırladaq ki, bu gün, noyabrın 18-də Donald Tramp özünün “Truth Sosial” səhifəsində Tom Fittonun postunu təkrar yayımlayıb və yazıb: “DOĞRU!!!”. O, başqa təfərrüatları açıqlamayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
18
editor.az

1Mənbələr