AZ

COP29 – “El bir olsa”- Yaşıl dünya naminə ağac əkmə aksiyası keçirildi

 

COP29 ərəfəsində ölkəmizdə gedən Beynəlxalq tədbirlər davam edir.

Bu münasibətlə “Media tədris mərkəzi” və “Aristokrat Club”ın nümayəndələri birgə Sanqaçalın Əzimkənd qəsəbəsində ağacəkmə aksiyası keçirib.

Çəklişə dəstək göstərən Bugun.tv saytı xəbər verir ki, aksiya çox uğurla həyata keçdi.

“Media Tədris Mərkəzi”nin və “Bu gün TV Media Qurumu”nun rəhbəri Elnarə Dərziyeva müsahibəsində öz komanda heyyəti ilə Sağlam Ekologiya naminə “Hərəyə bir yox iki ağac əkək” şüarı ilə tövhə verdiyini bildirib.

Elnarə Dərziyeva Media Tədris Mərkəzinin və “Bu gün TV Media Qurumu”nun rəhbəri

Əməkdar jurnalist hər kəsi bu gözəl addıma qoşulmağa dəvət etdi və iştirakçılara bu yolda uğurlar arzuladı.

“Aristokrat Club”ın təsisçisi və rəhbəri Abidin Həşimov

Həmçinin aksiya zamanı “Aristokrat Club”ın təsisçiləri Abidin Həşimov və Elməddin Məmmədov Bugun.tv saytına müsahibə verdilər.

"Aristokrat
“Aristokrat Club”ın təsisçisi Elməddin Məmmədov

“Bu gün COP29 ərəfəsində Sanqaçalda 200 şam ağacı ilə aksiya keçirdik. Biz tez-tez bu cür töhfvələrimizlə gələcək nəsillərə yeni sağlam dünya vermək niyyətindəyik” deyən Elməddin müəllim həmçinin növbəti ayda da “Hər birimiz 1 ağac əkək” aksiyasına vətəndaşlarımızı iştirak etməyə səslədi.

Sözügedən bu ağacəkmə aksiyasında Əzimkənd qəsəbəsinin sakinləri, əsasən də azyaşlıları yaxından, fəal iştirak etdilər.

Sanqaçal 3 Əzimkənd qəsəbəsinin sakinləri

Eyni zamanda qeyd edək ki, “Əkinçi” TEST İctimai Birliyi “El bir olsa” şüarı ilə aksiyaya dəstək göstərdi. Birliyinin rəhbəri Emin Hacısoy çıxışında ölkəmizdə keçirilən COP29-la bağlı fəaliyyətlərindən danışdı. O “El bir olsa” şüarı ilə ölkəmizə xidmət etdiyi üçün qürur hissi keçirdiyini bildirdi.

“Əkinçi” TEST İctimai Birliyinin rəhbəri Emin Hacısoy və heyyəti

Seçilən
16
1
yenigundem.az

2Mənbələr