AZ

Palata büdcəyə rəyində 2025-ci ildə minimum pensiyanın 280 manat olacağı ilə bağlı məsələyə aydınlıq gətirdi

Bakı. Trend:

Hesablama Palatası gələn il üçün büdcəyə rəyində minimum pensiyaməbləğinin 280 manat olacağı ilə bağlı məsələyə aydınlıqgətirib.

Hesablama Palatasından Trend-ə bildirilib ki, Azərbaycan Respublikasında 2025-ci ildəminimum pensiya məbləği barədə Hesablama Palatası tərəfindən rəyinhazırlanması prosesində aparılan qiymətləndirmələr və təhlillərzamanı “Büdcə zərfi”nin, dövlət orqanlarının hesabat və statistikməlumatlarına, nüfuzlu beynəlxalq təşkilatların tədqiqatlarınaistinad olunur.

Qeyd edilib ki, “Büdcə zərfi”ndə 2025-ci il üçün minimum pensiyaməbləği ilə bağlı məlumata rast gəlinmədiyi üçün Strategiyadamüəyyən edilmiş hədəfə uyğunluq cari ilin minimum pensiya məbləğiəsasında hesablanıb: “Beləliklə, cari ilin minimum pensiyaməbləğinin (280 manat) 2025-ci il üçün minimum əməkhaqqı məbləğinə(400 manat) nisbətinin 70 faiz olacağı nəzərdə tutulur.

Bununla bərabər bildiririk ki, ölkəmizdə minimum əməkhaqqınınmüəyyən edilməsi və minimum pensiya məbləğinin müvafiq məbləğəçatdırılması Azərbaycan Respublikasının Prezidentinin müvafiqhüquqi aktları ilə həyata keçirilir. Eyni zamanda bəzi mediasubyektlərində də yayılan “Rəydə Azərbaycan Respublikasının2022-2026-cı illərdə Sosial İnkişaf Strategiyasına istinad nədərəcədə doğrudur?” sualı ilə bağlı bildiririk ki, Rəyin əsaspredmetlərindən biri də büdcə proqnozlarının ölkəmizin əsasstrateji sənədinə adekvatlığının qiymətləndirilməsidir. Bu baxımdanbüdcə proqnozlarındakı göstəriciləri Strategiyanın hədəflərinəuyğunluğu qiymətləndirilib”.

Məqalədə:
Seçilən
29
18
az.trend.az

10Mənbələr