AZ

Almaniyadan yeni qərar-Viza şərtləri asanlaşır

Almaniya işçi qüvvəsi fərqini aradan qaldırmaq üçün iş vizası şərtlərini daha da asanlaşdırıb.

Turkustan.az xəbər verir ki, 2024-cü ildə peşəkar iş vizalarının sayı 10 faizdən çox artacaq. Hazırda ölkədə 1 milyondan çox vakant işçi olduğu halda, bu boşluğu doldurmaq üçün 200 mindən çox yeni iş vizasının verilməsi planlaşdırılır. Mühacirlərin ölkəyə girişini asanlaşdırmaq üçün Kanada modelindən ilhamlanan bal sistemi də tətbiq ediləcək.

Ötən il əmək miqrasiyası ilə bağlı qaydalar yumşaldılıb və 1,34 milyon yeni iş yeri yaradılıb. Almaniya xüsusilə ixtisaslı işçi qüvvəsi və mütəxəssisləri ölkəyə cəlb etməyi qarşısına məqsəd qoyaraq, iş vizalarının sayını artırmaq və işçi çatışmazlığını aradan qaldırmağa çalışır.

Almaniya Kanadadan ilhamlanaraq inkişaf etdirdiyi bal sistemi ilə hər il 200 min peşəkar viza verməyi planlaşdırır. Bu sistem əcnəbi işçilərin Almaniyanın əmək bazarına daha asan daxil olmasına və ailələrini də özləri ilə gətirməsinə şərait yaradacaq. Qiymətləndirmə meyarlarına alman dili biliyi, peşəkar təcrübə və yaş kimi amillər daxil olacaq.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
34
turkustan.az

1Mənbələr