AZ

İsrail prezidenti və baş nazirin Bakıya yolu birdəfəlik bağlandı...

Image

Noyabrın 19- da İsrail prezidenti Hersoqun COP 29- da iştirak üçün Bakıya gələcəyi ilə bağlı xəbər son anda doğrulmadı. Türkiyə məlum səbəblərə görə Hersoqun təyyarəsinə öz hava məkanında dəhliz açmadı. Türkiyənin aparıcı tv- ləri məlumatı bir daha təsdiqləyiblər ki, Türkiyə belə səfərə heç vaxt razılıq verməz və hətta bu barədə Azərbaycanın da xahişi keçərli olmayıb. Elə isə Hersoq Bakıya başqa yolla gələ bilməzdimi?

Araşdırmalar göstərir ki yox. Onun üçün Bakıya ən qısa və bəlkə də mümkün marşrut Təl- Əviv- Antalya- Kayseri- Gürcüstan - Bakı marşrutu üzrə  ola bilərdi. Yəqin ki, Ermənistan da öz hava məkanında ona dəhliz verməzdi. Suriya, İraq və İran üzərindən Bakıya uça bilməzdi. Cənuba düşərək Hindistan və ya Pakistan üzərindən uçuş variantı da mümkünsüzdür. Təl- Əvivdən Avropaya ,oradan isə Rusiya üzərindən Bakıya gəliş də risqli və mümkünsüzdür. Rusiya dəhliz verməz.

Beləliklə, bu hadisə göstərdi ki, İsrailin baş naziri və ya prezidentinin indiki dövlətlərarası münasibətlər çərçivəsində Bakıya rəsmi səfəri mümkünsüzdür.

Namiq






Seçilən
31
baki-xeber.com

1Mənbələr