AZ

Pensərçaydan 74 yaşlı kişinin meyiti tapıldı — Həyat yoldaşı neçə gündür evə gəlmədiyini demişdi (VİDEO)

Astaranın Pensər kəndində itkin düşən kişinin meyiti tapılıb.

Meyitin kənd sakini 74 yaşlı Allahbağış Əliyarova aid olduğu məlum olub.

A.Əliyarov noyabrın 14-də Pensərçayda balıq tutmağa gedib və onun bu zaman suya düşərək öldüyü ehtimal olunur.

"Həyat yoldaşı dedi ki, qardaşın dörd gündür evə gəlmir. Dedim ki, bəs neçə gündür harada qalır, mənə niyə deməyibsən?! Balıq tutmaq üçün çaya gedibmiş. Bu zaman içki içiblər, sürüşüb, başı dəyib. Üstəlik, həmin gün çayda sel olub. Biz də axtarırdıq, sən demə, orada imiş", - deyə mərhumun qardaşı bildirib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetində:
 
Seçilən
31
demokrat.az

1Mənbələr