AZ

Quba 1 Saylı Mediasiya Təşkilatı ilə Regional Təhsil İdarəsi arasında görüş keçirilib

18 noyabr 2024-cü il tarixində Quba 1 saylı mediasiya təşkilatının rəhbəri Hümmət Əliyev Quba-Xaçmaz Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri vəzifəsini icra edən Nicat Əfəndiyev ilə görüşüb.

QHT.az xəbər verir ki, görüş zamanı Quba 1 saylı MT-nın fəaliyyəti və məqsədləri, həmçinin mediasiya haqqında ətraflı məlumat verilib.

Görüşün sonunda Nicat Əfəndiyevə xatirə olaraq üzərində Mediasiya Şurası və Quba 1 saylı mediasiya təşkilatının loqosu əks olunmuş toxuma xalça hədiyyə edilib.

Seçilən
34
qht.az

1Mənbələr