Arda Turan İspaniya nəhənginin "sükanı arxası"na keçə bilər.
Offsideplus.az xəbər verir ki, türk futbolunun əfsanələrindən olan Arda "Atletiko"nun baş məşqçi namizədlərinin arasında yer alıb. Bu barədə Madrid təmsilçisinə yaxın medialardan biri kimi tanınan "Esto es Atletik" məlumat yayıb.
Dieqo Simyonenin komandadan ayrılacağı gözlənilir və ondan sonra klubu əmanət edəcək 4 mütəxəssis ön plana çıxıb.
Rəhbərlik tərəfindən "Atletiko"nun sabiq ulduzları Fernando Torres, Qabi, Filip Luis və Arda Turan diqqət mərkəzində saxlanılır.
Qeyd edək ki, Turan 2011-2015-ci illərdə paytaxt klubunun formasını geyinib.