AZ

Abxaziyada hökumət idarələri işini bərpa edib

Abxaziyanın demək olar ki, bütün nazirlik və idarələri normal fəaliyyətə qayıdıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə respublikanın baş naziri Aleksandr Ankvab məlumat verib. Ankvabın sözlərinə görə, noyabrın 18-i səhər saatlarından etibarən Abxaziya nazirlik və idarələrinin işi faktiki olaraq bloklanıb, lakin günün ortalarında vəziyyət düzəlib.

...Nahar vaxtı bu mənada vəziyyət sabitləşdi, indi belə problemlər yoxdur və ümid edirik ki, sabah da belə problemlər olmayacaq, çünki bu, insanların onsuz da çox pis əhval-ruhiyyəsini daha da ağırlaşdırır.

Bunu Baş nazir deyib.

Əli Babayev

Seçilən
20
sia.az

1Mənbələr