AZ

BƏM-dən Bakı və İrəvanla bağlı qərar: 1 il vaxt verildi

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycan və Ermənistana irqi ayrı-seçkilik işi ilə bağlı əks-memorandumlar hazırlamaq üçün bir il vaxt verib.

Axar.az xəbər verir ki, bu barədə BƏM-in mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, sənədlər 2025-ci il noyabrın 12-dək hazırlanmalıdır.

Əks-memorandum - qarşı tərəfin memorandumunda yer alan iddiaları qəbul , inkar edən və ya şərh edən cavabı nəzərdə tutur.

Qeyd edək ki, BƏM 12 noyabrda Azərbaycanın Ermənistana və Ermənistanın Azərbaycana qarşı iddialarına baxıb.

Seçilən
23
1
axar.az

2Mənbələr