AZ

Forbes Rusiyanın ən böyük 3 sərmayədar şirkətini açıqlayıb

Rusiyanın “Qazprom” enerji şirkəti investisiyaların həcminə görə Rusiya Federasiyasının 30 ən böyük şirkətinin illik reytinqində yenidən birinci yeri tutub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Forbes jurnalı məlumat yayıb.

Ən böyük investorlar üçlüyünə həmçinin Rosneft (investisiyalar 15% artaraq, demək olar ki, 1,3 trilyon rubla çatıb) və Rusiya Dəmir Yolları (investisiyaların həcmi 39% artaraq 1,26 trilyon rubl) daxil olub.

Nəşr vurğulayıb ki, Forbes reytinqinə daxil olan şirkətlərin ümumi investisiyaları Qərbin sanksiyalarına baxmayaraq, 25% artaraq 2023-cü ilin sonunda 12,06 trilyon rubla çatıb.

Seçilən
21
nocomment.az

1Mənbələr