AZ

Azərbaycanda 10 ayda 2.2 tona yaxın qızıl istehsal edilib

2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 2167,1 kq qızıl, 2703.2 kq isə gümüş istehsal edilib.

 

Senzor.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.7% artıb, gümüş istehsalı isə 20.3% azalıb.

 

Qeyd edək ki, 2024-cü il noyabr ayının 1-nə Azərbaycanda qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 390.3 kq və 819.2 kq təşkil edib.

Seçilən
12
19
senzor.az

10Mənbələr